07 sentyabr 2022 10:09
393

Qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan xarici siyasət

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında bir neçə sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər zaman görmək olar. 2020-ci ildə imzalanan strateji tərəfdaşlığa dair sənəd əlaqələrimizi daha da möhkəmləndirmişdir. 1994-cü ildən bu günə qədər ölkəmiz İtalyanı neftlə təmin edən bir nömrəli ölkədir. Bu amil qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirir. Neftdən başqa qaz da İtaliya ilə münasibətimizdə xüsusi əhəmiyyət kəsb edir. Təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

Ümumiyyətlə dünyada vəziyyət günü-gündən dəyişir. Azərbaycan elə düzgün strateji addımlar atır ki, bu dəyişikliklər ölkəmizə heç bir mənfi təsir göstərməyəcək çünki düşünülmüş və balanslaşdırılmış siyasət buna imkan verməz.  Müharibə vaxtından da məlum olduğu kimi beynelxalq hüquq normaları pozulub.  Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır və buna çox yaxşı şəkildə nail olur. Dünya dövlətlərinin demək olar ki, hamısı ilə qarşılıqlı əlaqələr mövcuddur ki, bu da inkişafımıza şərait yaradan ən mühüm amillərdəndir. Ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasətimiz ölkəmizin çiçəklənməsində müsbət rola malikdir. Artıq 30 ildir ki, biz müstəqil firəvan azad ölkədə yaşayırıq. Müstəqilliyimiz əbədi olacaqdır.

Prezident İlham Əliyevin yenicə başa çatan İtaliya səfərini, sözün həqiqi mənasında, tarixi səfər adlandırmaq mümkündür.  Etiraf edim ki, İtaliya kimi qədim və zəngin dövlətçilik ənənəsinə malik olan böyük Avropa dövlətində bu cür qarşılanmalara az təsadüf olunur. Səfərin tarixi əhəmiyyətinə dəlalət edən səbəblərdən biri kimi səfər çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlığa dair sənəd imzalanması qeyd oluna bilər. Bu fakt dövlətlərarası münasibətlərin həm mövcud vəziyyəti, həm də gələcək perspektivləri ilə əlaqədar tərəflərin məqsəd və mövqelərini nümayiş etdirir. Prezident İlham Əliyevin Avropanın ən böyük aparıcı dövlətlərindən olan İtaliyaya tarixi səfəri ölkəmizin beynəlxalq aləmdə artan rolunun və əhəmiyyətinin birbaşa ifadəsi olmaqla yanaşı, həm də onun gələcək inkişaf perspektivləri haqqında aydın təsəvvürlər yaradır. Heç şübhəsiz, İtaliya səfəri Prezident İlham Əliyevin xarici siyasət sahəsində növbəti uğuru kimi tarixə düşəcək, ölkəmizin gələcək inkişafına əlavə töhfələr verəcək.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı