07 sentyabr 2022 11:32
411

Poqba əməliyyat olundu

"Yuventus"un futbolçusu Pol Poqba diz qapağından əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bunu fransalı yarımmüdafiəçinin özü sosial şəbəkə hesabında yazıb.

“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm" - deyə o bildirib..

Poqbanın 6 həftə meydana çıxa bilməyəcəyi gözlənilir.