07 sentyabr 2022 00:08
428

Kərim Benzema "Seltik"lə oyunda zədələnib

İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"ə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki,  "kral klubu"nun əsas hücumçusu Kərim Benzema zədələnərək, meydanı tərk edib.

Dizindən xəsarət alan fransalı forvard 30-cu dəqiqədə Eden Azarla əvəzlənib.

Qeyd edək ki, ilk hissədən sonra matçda hesab açılmayıb.