06 sentyabr 2022 16:21
415

"Neftçi"nin legioneri milliyə dəvət olundu

“Neftçi"nin futbolçusu Yeqor Boqomolski Belarus millisinə dəvət olunub.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu Millətlər Liqasında sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə keçiriləcək matçlara çağırılıb.

Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyuna çıxıb.