06 sentyabr 2022 13:44
465

Ölkəmizin milli inkişaf strategiyası möhkəm təməllər üzərində qurulub

Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Son beş ildə xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb. Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Dövlət başçısı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir. Prezident İlham Əliyev illər ərzində bu məsələni ən mötəbər görüşlərdə, ən mühüm beynəlxalq platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmadı. Düşmənin müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilini dəqiq aparan dövlətimizin başçısı bütün dünyaya bildirdi ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın məhz bu cəzasızlıq sindromu, onun düzgün olmayan notlar üzərində qurulan yanlış siyasəti ən qəddar şəkildə özünü büruzə verdi. Torpaq­larımızı işğal edən mənfur düşmən, mədəniyyətimizə də qənim kəsildi, onu məhv etmək üçün hər şeyi etdi. Bu baxımdan da 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Ölkə başçımızın işğaldan azad olunan ərazilərə hər səfəri sadəcə yerli mətbuatın deyil, xarici medianın da diqqət mərkəzində olur. Nəzərə alsaq ki, Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilirdi, o zaman ölkə baş­çımızın da qeyd etdiyi kimi, qanun­suz fəaliyyətdə əli olan hər kəs ya Azərbaycana təzminat ödəyəcək, ya da beynəlxalq məhkəmələr önündə cavab verəcək. Azərbaycan necə ki, sona qədər getdi, harada durmaq lazım olduğunu bilərək, Ermənistanı kapitulyasiya aktına imza atmağa va­dar etdi, indi də dövlətimiz başlatdığı işi sona çatdıracaq. Şəhid ailələri, müharibə veteranları, əlillər, onların ailələri, cəmiyyətimizin hər bir təbəqəsi hər zaman Azərbaycanın birinci xanımını öz ailələrinin üzvü kimi səmimi sevgi və dərin ehtiramla sinələrinə basır. Bu gün Azərbaycan xalqı öz şəhidlərinin, bizə bu gələcəyi miras qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirələrini ehtiramla anır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini ardıcıl dəstəkləyir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı