06 sentyabr 2022 12:55
538

Azərbaycan və İtaliya arasında təhsil sahəsindəki əməkdaşlıq və təcrübə mübadiləsi daha da genişlənəcək

İtaliya təhsil sistemi dünyanın üst səviyyəli təhsil sistemidir və təhsilin keyfiyyətinə görə İtaliya qabaqcıl Avropa ölkələrindəndir. Burada təhsil sahəsində tarixi ənənələrin bazasında formalaşmış müasir innovasiyalar var.

Azərbaycanda da  müstəqilliyin ilk illərindən müəyyən olunan uğurlu təhsil strategiyasının əsas istiqamətlərindən biri dünya təhsil sisteminə inteqrasiya etməkdir.  Dünya təhsil sisteminə uğurlu inteqrasiya dedikdə isə şübhəsiz ki, əsas məqsəd nümunəvi modellərin ölkəyə tətbiq etmək, uğurlu təcrübələri bölüşməkdir.

Bu illər ərzində Azərbaycan və İtaliya arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığın produktivkik dərəcəsi yüksək olmuşdur. Azərbaycanla İtaliya arasında təhsil, elm sahəsində uzunmüddətli əməkdaşlığın nəticəsində universitetlərarası birbaşa əməkdaşlıq, elm adamları və tədqiqatçıların mübadiləsi, hər iki ölkənin müxtəlif ali məktəblərində müvafiq kafedraların açılması, eyni zamanda proqramların və müasir tədris metodlarının mübadiləsi baş tutmuşdur. Bu gün isə günün tələblərinə uyğun olaraq bu əlaqələr daha da genişlənmiş,  möhkəmlənmişdir.

Hazırda təkcə ADA Universiteti İtaliyanın beş aparıcı universiteti ilə qarşılıqlı əməkdaşlıq edir. Bunlar arasında dünyaca məşhur Luis Universitetinin, Turin Politexnik Universitetinin, Milan Politexnik Universitetinin, Bolonya Universitetinin və Romanın Sapienza Universitetinin adını çəkmək olar. Bundan əvvəl isə ölkənin ən böyük təhsil ocağı olan Bakı Dövlət Universiteti ilə İtaliyanın bir neçə universiteti ilə, sonuncu dəfə isə 2022-ci ilin aprel ayında  nüfuzlu Torento Universiteti ilə beynəlxalq təhsil proqramı elan edilmişdir. Bütün bunları əsas götürüb demək olar ki, Azərbaycan-İtaliya əlaqələrinin bu istiqamətində mühüm uğurlar əldə olunub və bu uğurlar yaxın perspektivdə daha da artacaq.

Əli Babazadə,
YAP-ın gənc fəalı