06 sentyabr 2022 12:44
373

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan növbəti dəfə təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində "Slovan" (Bratislava, Slovakiya) -  "Jalqris" (Litva) qarşılaşmasının referisi olacaq. Cabbarova yan xətt hakimləri qismində Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-i Slovakiyada keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.