Xarici dünyaya inteqrasiya etmək istəyən hər bir ölkə öz daxili potensialını əks etdirməlidir.Xarici siyasətdə əldə olunan nailiyyətlər düzgün və səmərəli ölkədaxili siyasətinin davamıdır.Bu baxımdan müstəqilliyimizi əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş,və sonradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən düzgün xarici siyasətin nəticəsində ölkəmiz Cənubi Qafqazın liderinə çevrilmişdir.
Məlum olduğu kimi sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya,Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumuna start verilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın,İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House-Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
Onu da qeyd etmək lazımdır Azərbaycan İtaliyanı neftlə təchiz edən əsas ölkədir.İlk olaraq Azərbaycan-İtaliya münasibətlərinə nəzər yetirək.İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir
Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib və mühüm məqamlara toxunub. Əhəmiyyətli məqamlardan biri də Azərbaycanın Avropanın enerji təminatçısı və təhlükəsizliyi rolunda yer alması reallığıdır. Bu baxımdan, hələ illər öncə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail oldu. Prezident İlham Əliyev bununla bağlı münasibətində onu da xatırladıb ki, ilk Avropa bazarı da məhz İtaliya olub.
Dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır.
Artıq Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycanın Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
Dövlət başçısı çıxışında ölkəmizin enerji strateqiyası haqqında da ətraflı məlumat verib. Belə ki, 1994-cü ildə ölkəmizin müstəqilliyinin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İlk olaraq iki strateji neft boru kəməri inşa edildi. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər.
İkinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu,3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.
Bu il Azərbaycan İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.Səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə də yeni tərəfdaşlıq platformalarının yaradılması haqqında mühüm təkliflər və qərarlar verildi.
Təbii ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində atılan addimlar ölkəmizin gələcək inkişafında,dünyaya inteqrasiyasında,gələcək nəsillərin dünya bazarında layiqli yerini tapmasında böyük rolu olacaq.

Aynur Məsimova,
Bakı şəhəri, M.Nəcəfov adına 86 nömrəli məktəbin fizika müəllimi