31 avqust 2022 22:14
556

Bütün uğurlarımızın başlandığı gün

Tahir Məmmədov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Günün  bəxtına  bax...Günün uğuruna fikir ver... O  gündən üzü bəri xalqımızın, dövlətimizin bəxtinə işıq düşməyə başladı.Parcalanmaqda, dağılmaqda olan bir ölkənin, bir –birindən qopmaqda, bir-birinə yadlaşmaqda olan millətin, xalqın taleyinə Heydər Əliyev böyüklüyü, əzəməti, sevgisi, inamı və ədaləti  təzədən  boy göstərməyə başladı. Məhz həmin gün – 1991- ci ilin sentyabın 3- də   dünya şöhrətli  dövlət xadimi  Heydər Əliyev qədim Azərbaycanın ayrılmaz hissəsi  olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqaladə sessiyasında  minlərlə insanın təkidi, tələbi ilə səs  çoxluğu və yekdilliklə  Ali Məclisin Sədri seçildi. Elə o gündən  görkəmli dövlət xadimi Hedər Əliyevin  ölkəmizin  müstəqilliyinin,tərəqqisinin  gələcək inkişafının  fəaliyyəti ilə bağlı  tarixi, siyasi  gedişlərinin parlaq səhifələri açılmağa başladı. Beləliklə həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyev öz zəngin, böyük rəhbərlik, idarəçilik təcrübəsini  milli qurtuluşun, milli dövlətcilik  quruculuğunun təməlləri üzərində qurmağa yönəltdi.

O illərin acı xatirələri indi çox adamın yadındadır,-O zaman  ölkədə anarxiya hökm sürür, hərci-mərcilik getdikcə baş alıb gedirdi. Naxçıvan Muxtar Respublikası  isə blokada şəraitində   olmasına baxmayaraq 1990-1991–ci illərdə  Azərbaycan  hakimiyyəti Muxtar Respublika üzərində siyasi oyunlar qurur, bu bölgənin vəziyyətini daha da mürəkkəbləşdirməyə  çalışırdı. Naxçıvanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev  dərhal islahatlara başladı, həyata keçirdiyi əhəmiyyətli, zəruri tədbirlər  nəticəsində  əvvəlcə sabitliyin,əmin-amanlığın təməlləri qoyuldu. Sosial-iqtisadi vəziyyətin normallaşdırılması önə çəkildi,- bu da həmin dövr üçün böyük bir önəm kəsb edirdi.Aqrar islahatlar  reallaşdırıldı, vacib infrastrukturun tərəqqisi  üçün həyati məsələlər həyata keçirildi. Dünya şöhrətli dahi siyasi  xadim  olan Heydər Əliyev Naxçıvanda regional məsələlərlə birgə həm də qlobal beynəlxalq problemlərin həllini də unutmur, bu sahədə geniş məqsədyönlü ictimai-siyasi işlər aparırdı.Məhz həmin dövrlərdə qardaş Türkiyə ilə  həmçinin  İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa  önəm verən ilk rəsmi təmasların  həyata keçməsinə  başladı.Blokada vəziyyətində qalan Muxtar Respublikanın  inkifafı istiqamətinə məqsədyönlu  tələblərin həyata keçirilməsi  üçün  irəliyə doğru start götürməyə başladı.

Ali Məclisin Sədri  Heydər  Əliyevin rəhbərliyi ilə  1991-ci il dekabr ayının 16-da Ali Məclisdə “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik  Günü  haqqında”qərar edildi.. Bu  tarixi zəririyyətdən yaranan qərarın  qəbuli xüsusi əhəmiyyətli  ictimai – siyasi, mənəvi bir hadisə kimi dünyaya yayıdı. Eyni zamanda hələ həmin tarixi hadisədən  bir qədər əvvəl isə Heydər Əliyevin  bilavasitə təşəbbüsu və rəhbərliyi ilə  Azərbaycan Xalq Cümhuriyyətinin  üçrəngli Dövlət bayrağı Ali Məclisin  1990-ci il noyabrın  17- də keçirilən sessiyasında   Naxçıvan  Muxtar Respublikasının Dövlət  bayrağı olaraq  təsdiq edilmişdi.Həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR  Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul edilib tanınması haqqında vəsatət qaldırmışdı.Bu barədə bir qədər geniş və ürək dolusu danışmağa dəyər! Burada  Heydər Əliyev fenomeni  bir daha özünü göstərirdi;Azərbaycan Respublikasının mərkəzi dövlət hakimiyyətindən  müvəqqəti olaraq  kənarda olan,həmişə cəsarətli, qorxmaz, vətəninin təəssübünü, müqəddəsliyini   həmişə mərdliklə,qürurla çəkən  Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağına olan böyük ehtiramını, məhəbbətini rəsmi şəkildə bildirirdi.Vətəninə, xalqına və dövlətinə əsl   məhəbbətin bariz nümunəsi budur.Yəqin ki, indi yetişməkdə olan vətənpərvər, qədirbilən gənclər və   gələcək nəsillər bu nadir hadisəni unutmayacaq,həmişə qədirbilənliklə yad edəcəklər.O da uzun illər yaddaşlarda tez-tez çözələnəcək ki, hələ 1990- cı ilin 17 noyabr tarixində  keçmiş SSRİ  ərazilərində ilk dəfə, təkrar edirəm ilk dəfə bir muxtar  respublikanın adından  “sovet” və “sosialist”sözlərini çıxardan da Naxçıvan Muxtar Respublikası olmuşdur.

Bu günkü  azadlığımızın, müstəqilliyimizin banisi heç şübhəsiz ki, Ulu Öndərimiz Heydər Əliyevdir. Bircə bu faktı misal gətirməklə onun aşağıdakı sözlərini xatırlamaqla  əbədiyaşar rəhbərimizin ruhunu bir daha şad etmiş olarıq:  -“Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm.Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıyıq ”Proqram xarakterli bu mesaj Azərbaycan  xalqına doğru və müstəqillik yolunun göstəricisi idi. Çox az bir müddətdən sonra bütün dünya  görüb şahid oldu ki, Naxçıvan Muxtar  Respublikasının üzərində bərq vuran üçrəngli müstəqillik bayrağı 1991 –ci ilin fevral ayının 5 də Azərbaycan Respublikasının səmasında dalğalandı!

Beləliklə, 1991-ci ilin 3 sentyabr tarixi hadisəsi, - Ülu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi təkcə Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və vətəndaş həmrəyliyini yox, Azərbaycanın bütün guşələrini öz doğma isti ağuşuna aldı.

Bütünlüklə Xalqa, Vətənə  həsr olunmuş bir mənalı ömrün rəngarəng, dolu səhifələri vərəqlənməyə başladı.Azərbaycan xalqının  əbədi, solmaz,saralmaz ömür kitabına çevrilən bu ömür kitabının ilk səhifələri belə başlayırdı: “-Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə bu çətin dövrdə yerinə yetirməliyəm.!”

XALQA BAĞIŞLANAN ÖMÜR HEÇ VAXT BİTMƏYƏCƏK, HEÇ ZAMAN TÜKƏNMƏYƏCƏK, -ÇÜNKİ HEYDƏR ƏLİYEVİN ÖMRÜ AZƏRBAYCAN XALQININ ÖMRÜ QƏDƏRDİR!