31 avqust 2022 16:28
1001

Uğurlarımızın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır

Milyonlarla insan dünyasını dəyişir, lakin aralarında yalnız dahi şəxsiyyətlər, qəhrəmanlar, alimlərdir ki, adı ilə, igidliyi ilə tarixə əbədi iz qoyublar. Bu isə ən ali xoşbəxtlikdir ki, ölümündən sonra illər keçsə də həmin şəxslərin nəsilbənəsil adlarının anılıb xatirələrinin əbədiləşdirilməsi.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri 

Ulu öndər Heydər Əliyev dövlətçilik tariximizdə yeni səhiflər açan, bənzəri olmayan şəxsiyyətdir. Tarixin yaddaşına əbədi iz qoyan ulu öndər Heydər Əliyevin yaşadığı müstəsna taledir ki, bütün xalq onun müdrikliyinə, ağılına, savadına, insanlığına, idarəçiliyinə və saymaqla bitməyən ən ali xüsusiyyətlərinə bələd idi. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaranmasına və inkişafına həsr edən dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

İllər keçdikcə Azərbaycan xalqının hər bir vətəndaşının qəlbində Heydər Əliyevə olan sevgi daha da artır. Ulu öndər Heydər Əliyevin həyatı biz gənc nəsil üçün böyük bir nümunədir

1991-ci il sentyabırın 3-ündə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Sovet sədri seçildi . Həmin gündən Azərbaycana yeni bir nəfəs verildi. Heydər Əliyevin misilsiz siyasəti nəticəsində iqtisadi və siyasi məsələlər aktuallaşdı. Əfsuslar olsun ki, Azərbaycanda Azərbaycanı sevməyən sapı özümüzdən olan baltalar çalışdılar ki, ulu öndər Heydər Əliyevə maneə törətsinlər. Buna baxmayaraq Heydər Əliyevin uzaqgörən siyasəti ilə onların qarşısını aldı və xalqı müstəqillik arzusuna qovuşdurdu.

Xalq Heydər Əliyevə səs verərək onu Azərbaycan dövlətinin Prezidenti seçdi və həmin illərdə Ulu Öndər dövləti və xalqı düşdüyü bəlalardan xilas etdi.

Ulu Öndər Azərbaycan xalqının xilaskarı oldu. Vaxt keçdikcə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurları ardı-ardınca gəldi.

Dünyanın nüfuzlu dövlət başçıları, siyasətçiləri  tərəfindən də dəfələrlə qeyd edildiyi kimi Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində dayanan siyası xadimlərdən biridir.

Bu gün əldə etdiyimiz uğurların təməlində məhz Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır.


Ülkər Məmmədzadə,
6 saylı “ASAN xidmət”də Baş mütəxəssis