Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Heydər Əliyev 1991-ci sentyabrın 3-də Naxçıvan Ali Sovetinin sədri seçilir. Təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycançılıq ideologiyasının banisi ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra xarici ölkələrə səfərlərində Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Məhz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk günlərində dövlət quruculuğu, demokratik institutların təşəkkül taparaq inkişaf etdirilməsi siyasət, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur sahələrində önəmli islahatların keçirilməsinə start verildi. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti və tarixinin əhəmiyyətini xüsusi qeyd edirdi. Hər kəsə məlumdur ki, məhz ümummilli liderin siyasi irsinə, düşüncələrinə əsaslanan iqtisadi inkişaf strategiyası və enerji resurslarından əldə olunan gəlirlərin insan amilinə və modernləşməyə yönləndirilməsi sonda ölkəmizi regionun liderinə çevirmişdir. Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı