31 avqust 2022 12:44
314

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilasıdır

1990-cı ildə Azərbaycan çox mürəkkəb bir məsələ ilə qarşı- qarşıya idi. 1991-ci ilin sonlarından etibarən beynəlxalq arena tərəfindən tanınan, SSRİ-dən azad olaraq müstəqillik qazanmış gənc bir respublika idi. Azərbaycan üçün müstəqillikdən sonrakı dövr keşməkeşli. olmuşdur. Yeni dövlət, Azərbaycana məxsus olan, lakin ermənilərin yaşadığı Dağlıq Qarabağ inzibati bölgəsinə nəzarət uğrunda Ermənistanla hərbi münaqişədə idi. Bundan əlavə də Ermənistanla dağlıq Qarabağ müharibəsindəki hərbi uğursuzluqlar səbəbiylə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bu da hakimiyyətdə siyasi çaxnaşmaya gətirib çıxarmışdı. Əbülfəz Elçibəy Bakıdan qaçır və AXCP xalqın təkidi ilə başqa bir siyasətçi,Naxçıvan MR Ali Məclisini sədri və SSRİ hökumət başçısının müavini olmuş Heydər Əliyevə Azərbaycana gəlməsi üçün müraciət edirlər. Heydər Əliyev faktiki olaraq dövlət başçısı səlahiyyətlərini daşıyır və özünü yeni bir siyasi qüvvə kimi təsdiq edərək öz doğma vətənini uçurumun kənarından qaytarmaq üçün bütün qüvvəsini səfərbər edir. Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkiləri nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilir və oktyabrın 10-da rəsmi olaraq vəzifəyə keçir. O, potensial vətəndaş müharibəsinin qarşısını almaq, Qarabağdakı işğal olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, söz azadlığı və insan hüquqlarını qorumaq istədiyini bəyan edir və bu dövrdən başlayaraq Azərbaycan xalqının həyatında tarixi bir geri dönüş yaşanır.

Heydər Əliyev Azərbaycana davamlı siyasi sabitlik gətirir. Аzərbаycаnа rəhbərlik еtdiyi illər ərzində xalqala daim sıx əlaqədə olan, оnun qurub-yаrаdаn insаnlаrı ilə görüşən, аrzu və istəklərini dinləyən Hеydər Əliyеvin yаlnız bir аmаlı vаr idi: Хаlqа, dövlətə və dövlətçiliyə хidmət еtmək.O, 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrına qədər Azərbaycan Respublikasının Prezidenti olaraq qalır. Əliyev ölkədə xarici investisiyanı təşviq edir və siyasi müxalifəti sıxışdırır. Əliyev 1994-cü ildə Ermənistanla atəşkəs imzalayır. Bunun davamında isə dövlətimiz yeni bir dövrə - çiçəklənmə dövrünə addım atmışdır. Müasir dövrün inkişaf tendensiyalarına uyğun olaraq Azərbaycan yeni bir xətt üzərində irəliləmişdir. Bunun nəticəsində Azərbaycanının beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Respublikamız hazırkı qlobal iqtisadi böhran şəraitində belə, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramları həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Heydər Əliyev ideyalarından qaynaqlanan bu siyasət gələcəkdə daha böyük uğurlara imza atacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı