Ulu öndərimiz təkcə bir lider deyildi, həm də o, qəlbi vətən, xalq, millət eşqi ilə alovlanan bir azərbaycanlı idi. Buna görə də onun ən birinci məqsədi birliyi təmin edib bütün azərbaycanlıları bir yumruq ətrafında birləşdirmək oldu. Biz azərbaycanlılarında daxilində bu istək həmişə olubdur. Ancaq bu istəyi reallaşdırmaq isə heç də asan başa gəlmədi. Məlumdur ki, həmin dövrlərdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü.Bunlarla yanaşı, ulu öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu.
Tarixə nəzər saldığımız zaman görürük ki, biz azərbaycanlıları bir bütün olmaq istəyindən məhrum etmək üçün bir çox siyasətlər həyata keçirildi – köçürülmə, dinimizi dəyişdirmə cəhdləri, sərhədlərimizi pozmaq və s. Bəlkə də, biz indi qabığı parçalanmış narın ətrafa səpələnmiş dənəcikləri kimi dünyaya səpələnmiş 50 milyondan çox Azərbaycan xalqıyıq. Bu səpələnmə bizim daxilimizdəki birliyi, həmrəlliyi unutdurmadı və Ulu öndər Heydər Əliyev yenidən birləşdirdi.
Ulu öndərimiz birliyi yaratmağı siyasi meydana ayaq basdığı ilk gündən özünə məqsəd qoyubdur. Onun vətən, xalq üçün döyülən bu qəlbilə qəlbi bir vuran xalqımız 1993-cü il iyunun 15-də təkidli tələbi ilə Ulu öndəri ikinci dəfə hakimiyyətə qaytardı. Bundan sonra ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsinə son qoyuldu. O, öz xilaskar missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
1991-ci ilin oktyabrında müstəqilliyini əldə edən Azərbaycana Ermənistan işğalçı qüvvələri tərəvindən edilən təcavüzlər respublikada vəziyyəti gərginləşdirirdi. Bununla yanaşı Gəncədə polkovnik vəzifəsində fəaliiyət göstərən Surət Hüseynovun hərbi dəstələri 1993-cü il iyunun 4-də hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Vəziyyəti ələ almaq üçün atdığı tələsik addımlar günbəgün vəziyyəti pisləşdirdi. Vətandaş müharibəsinin astanasına gəlindi. Ancaq ölkəni düşdüyü bu vəziyyətdən Ulu öndər xilas etdi. Heç bir risqdən çəkinməyərək bir qrup ziyalı ilə Gəncəyə səfər edərək apardığı danışıqlar vasitəsilə vətəndaş müharibəsi təhlükəsini bir qədər uzaqlaşdırdı və bu hadisədən bir neçə gün sonra Milli Qurtuluş günü kimi qeyd etdiyimiz bu günü yəni, 15 iyunda xalqımız Ulu öndəri hakimiyyətə qayıtmasını təkidli tələbilə ölkə üzərinə örtülən qara buludlarda çəkildi.
Ölkəmiz uğrunda öz həyatını dəfələrlə riskə atan bu vətənsevəri heç bir zaman xalqımız unutmadı və unutmayacaq.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı