Qədim Azərbaycan torpağı olan Naxçıvan şəhərində sadə bir dəmiryolçu ailəsində dünyaya göz açan Heydər Əliyev dünya tarixində iz qoyacaq dahi bir şəxsiyyət olacaqdı. Onun uşaqlığı İlandağın ətəyində keçir, gəncliyində isə ilk olaraq Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunda aldığı təhsili müharibəyə görə yarımçıq qoymalı olur.
1990-cı ilin iyul ayında Moskvada ciddi təqiblərə məruz qalan Ulu Öndər Naxçıvana qayıtdı. Heydər Əliyev siyasi fəaliyyətlə məşğul olmağı davam etdirir. Belə ki, iyulun 22-də Naxçıvan şəhərinin mərkəzi meydanında onun yerli əhali ilə görüşü keçirilmişdir. Bəzi məlumatlara görə, 30 minə qədər adam toplanmışdı. «Kомсомольская правда» qəzeti Azərbaycan Respublikası Ali Sovetinə seçkilərdən sonra «Əliyev qayıdır başlıqlı məqalədə yazırdı: «Uzun fasilədən sonra öz vətəninə qayıdan Heydər Əliyevin ayaqlarının altında xalq adətinə görə kəsilən qurbanların qanı hədər yerə axıdılmadı. Doğma Naxçıvan torpağına qayıdan Siyasi büronun keçmiş üzvü zamanın çağırışına cavab verməyi qərara almışdı. Və səhv etmədi. Kommunist Heydər Əliyev respublikada mandat uğrunda səslərin 95 faizini toplayan, parlaq qələbə qazanan yeganə şəxsdir». 3 sentyabr 1991-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməyi Azərbaycanın sonrakı dönəmində müstəsna rol oynadı. «Şərq qapısı» qəzeti 2№-li xüsusi buraxılış səhifəsində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçilməsinə [123-124] dair «Məclis iflic vəziyyətindən çıxır» başlıqlı məqalədə bu hadisənin Naxçıvanın müqəddəratında həlledici əhəmiyyəti olduğunu böyük inamla qeyd edirdi məqalədə Heydər Əliyevin xalqın tələbi ilə seçilməsi göstərilirdi.
Xülasə, Azərbaycanda dövlətçilik ənənələrinin davamı və daha da inkişaf etdirilməsi sferasında müstəsna rol oynamış dahi şəxsiyyətin Naxçıvana qayıdışı və Ali Məclisinin sədri seçilməsi tariximizin qıızıl qələmlə yazılmış səhifələrindən biridir!
Mais Günəşli,
YAP-ın gənc fəalı