Qazaxıstanın əhalisi- qazaxlar türk xalqlarının Altay ailəsinə daxildirlər. Tarixçilər Altay dağlarının ətəklərini türk etnoslarının ilkin qədim məskəni hesab edirlər və bütün türklərin buradan dünyanın başqa-başqa bölgələrinə yayıldıgını iddia edirlər. Lakin müasir genetika elmi ilə məşğul olan alimlər bəzi məsələlərdə bu fikirlə razılaşmırlar. Məsələn Azərbaycanlıların heç də gəlmə yox qırx min ildirki Cənubi Qafqazda yaşadığını sübut edən faktlar irəli sürürlər.
Tarixdə “Dəşti qıpçaq” (Qıpçaq çölü) adlanan ərazi deyiləndə- Qafqazları, Şimali Qara dəniz çöllərindən Tyan Şanın qərb ətəklərinə qədər əraziləri əhatə edən bir tarixi məkan nəzərdə tutulurdu.
Yəni bu ərazilər indiki Azərbaycan ərazisinin bir hissəsini və Qazaxıstan ərazilərini əhatə edirdi. Təkcə eyni məkan birləşdirmir bu iki xalqı, həm də soykü, dini, adət-ənənələri çox yaxındır. Eyni etnosdan olan bu xalqların taleyi də bəzən eyni olmuşdur. Bəzən eyni, bəzən də fərqli imperiyaların tərkibinə qatılmalı olmuşdular. Ərəb xilafəti,Böyük Səcuq İmperiyası, Böyük Monqol imperatorluğu, Çar Rusiyası, SSRİ kimi imperiyaların tərkibində eyni taleyi paylaşmalı olmuşdular. Bu imperiyaların apardıqları etnik, dini, iqtisadi siyasətləri xalqlarımızı öz milli mənliyindən uzaqlaşmasına çalışsalar da məqsədlərinə nail ola bilməmişdirlər. SSRİ-də represiyalar zamanı Azərbaycanın minlərlə say-seçmə oğul və qızları Qazaxıstan çöllərində ölümə tərk edilmişdirlər. Babalarımızın məzarsız uyuduğu məkandır Qazaxıstan çölləri. Bəlkə də bizi Qzaxıstana cəlb edən qüvvə tarixən eyni kökə malik olmağımız deyil, babalarımızın ruhudur ki, hal hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar oranın ictimai- siyasi həyatında yaxından iştirak edirlər.
SSRİ-nin mövcud olduğu dövrlərdə Qazaxıstanla əlaqələr daha geniş xarakter almışdır. Azərbaycan alimləri, mühəndisləri və neftçiləri Qazaxıstanın neft sənayesinin formalaşmasında böyük rol oynamışlar. Bu ənənə müasir dövrümüzdə də davam edir. “Şərq- Qərb enerji nəqliyyat dəhlizinin genişləndirilməsi haqqında Bakı Bəyannaməsi” imzalananda Qazaxıstan Prezidenti N. Nazarbayevdə iştirak etmiş və Bəyannaməni imzalamışdır. İki ölkə arasında vaxtaşırı görüşlər keçirilərək Qazaxıstan neftini və neft məhsullarını və mayeləşdirilmiş qazın Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən tranziti ilə bağlı müzakirələr aparılır. Qazaxıstanın “KazMunayqaz” milli şirkəti ilə SOKAR arasında neft tədarükü ilə bağlı ilkin danışıqlar aparır. Qazaxıstan Azərbaycanın Bakı-Tibilisi- Ceyhan(BTC) və Bakı- Supsa neft kəmərlərinə qoşulmagı planlaşdırır.
Siyasi baxımdan da eyni mövqe nümayiş etdirir bu iki qaradş dövlət. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qazaxıstan Qarabağ münaqişəsininnin sülh yolu ilə həll edilməsini tövsiyə edir və bunun üçün Azərbaycanla Ermənistan Prezidentlərinin 2004-cü il Astanada görüşünə ev sahibliyi etmişdir.
Beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarda Azərbaycan və Qazaxıstan arsında əlaqələr mövcud olmuşdur.
Qazaxıstanla münasibətlər yüksək səviyyədə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 avqust 2022 ildə geniş tərkibdə Qazaxıstana səfər edərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb. Görüş zamanı hər iki dövlət başçısının siyasi-iqtisadi və sosial mövqelərinin üst- üstə düşdüyünü müşahidə etmək olurdu. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kran” – “Qızıl qartal” ordeni ilə təltif edib.
İnanırıq ki, bu münasibətlər daha da yüksələn xətlə davam edəcək. Axı bunun nəyi pisdir? Bütün xalqlar sülh və tərəfdaşlıq şəraitində yaşaya bilər. Milli gəliri hərbi sənayeyə deyil, iqtisdiyyata yönəldilərsə dünyada aclıq və səfaləti xoşbəxtlik əvəz edər. Xoşbəxtlik hər kəsin haqqı deyilmi?
Samirə Şıxalıyeva,
M. Nəcəfov adına 86 saylı məktəbin tarix müəllimi