27 avqust 2022 11:52
641

Uşaqların Yaradıcılığının İnkişaf Mərkəzi Azərbaycan-Qazaxıstan dostluğunun bariz nümunəsidir

Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbə Cənubi Qafqaz regionunda, o cümlədən post sovet məkanında yeni bir mərhələnin başlanmasına səbəb oldu . Şübhəsiz ki,yeni bir mərhələnin başlanmasını və bu mərhələnin gedişində həyata keçirilən prosesləri idarə edən lider Prezident İlham Əliyevdir .Azərbaycan müstəqil və süveren dövlət olaraq daim dünya dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri qurmuşdur . Həmçinin ölkəmiz bu dövlətlərlə bütün sahalərdə əməkdaşlıq yaradan müqavilələr , sazişlər və bəyannamələr imzalamışdır.Tarixi qələbəmizdən sonra Azərbaycan və dünya dövlətləri arasında iqtisadi və siyasi sahədə daha böyük miqyaslı əməkdaşlıqlar qurulmuşdur. Bütün bunlar ölkə başçımızın apardıqı uğurlu xarici siyasətin nəticəsidir. Dünya dövlətləri sırasında ölkəmizə dost olan sıx əmakdaşlıq quran Qazaxıstanında adını xüsusi qeyd etməliyik . İstər Vətən müharibəsindən əvvəl, istərsədə sonra Qazaxıstan ölkəmizin əldə etdiyi uğurları öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edir.Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsinə sərmayə yatırmaq istəyən dövlət şirkətləri və özəl sektor nümayəndələri sırasında Qazaxıstanı təmsil edən şirkət və nümayəndələr birinci yerdədir.

Hazırda Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişaf Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Füzuli şəhərində inşa ediləcək bu İnkişaf mərkəzinin Baş planı təsdiq edilmiş və tikinti prosesinə başlanılmışdır. Mərkəzin müəyyən vaxtadək hazırlanması və Füzulinin ilk sakinlərinin ixtiyarına verilməsi planlaşdırılır. Azərbaycan-Qazaxıstan münasibətlərinin ən bariz nümunəsi kimi “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmlədirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşməsi haqqında Bəyannamə” nin imzalanmasını qeyd edə bilərik. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində tarixi ədalətin bərpa edilməsindən sonrakı dövrdə azad edilmiş ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinin bariz nümunəsi kimi Füzuli - Şuşa magistral avtomobil yolunun çəkilişi, eyni zamanda Füzuli aeroportunun tikintisinin başa çatdırılmasını xüsusi ilə vurğulamalıyıq. Bir Azərbaycan vətəndaşı,füzulili gənc və ən əsası qalib xalqın nümayəndəsi olduqum üçün fəxr edirəm.Ordumuzun gücü ilə qürur duyuram . Bu gün ordumuz dünyanın 50 ən güclü orduları sırasına daxildir. Avqust ayının əvvələrində həyata keçirilən “Qisas” əməliyyatı da bir daha ordumuzun gücünü göstərdi və sübuta yetirdi ki ordumuz Cənab Ali Baş Komandan İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirmək əzmindədir və buna daima hazırdır.

Gülayə Rüstəmzadə, 
Füzuli RİH-nin gənc könüllüsü