27 avqust 2022 02:20
684

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 1 mart 2004-cü ildə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb

Bu əməkdaşlığının qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə genişləndirilir.

İki ölkənin yüksək rəsmiləri arasında beynəlxalq səviyyədə çoxsaylı qarşılıqlı səfərlər olub. İndiyədək Azərbaycan və Qazaxıstan arasında 121 ikitərəfli sənəd imzalanıb. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, iki ölkə arasında əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir. “Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. 26 may 2021-ci ildə Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılışı baş tutub. Bütün bunlar Azərbaycan Qazağıstan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir.
Əlavə olaraq İki ölkə arasında 2020-ci ildə ticarət dövriyyəsi 142,01 milyon (25.91 milyon dollar ixrac, 116,1 milyon dollar idxal) ABŞ dolları olub.
1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

İki ölkə arasında beynəlxalq əlaqələrinin davamı olaraq, 2022- cil il avqustun 24-də Qazaxstan Prezidentinin geniş tərkibdə Bakıya səfər etməsidir. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev imzaladılar.

Beləliklə, görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan-Qazaxıstan arasında əlaqələrin bundan sonrada uğurla davam etdiriləcəyini bildirdilər.

Vüsal Hüseynov, 
YAP Xocavənd rayon təşkilatının sədri