Amerikalı tennisçi Serena Uilyams təqaüdə çıxmağı planlaşdırdığını bildirib.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, tennisçi bu haqda “Vogue” jurnalında dərc olunan şəxsi məktubunda yazıb.
“Təəssüf ki, mən bu il “Uimbldon”u qazanmağa hazır deyildim. Nyu-Yorkda qalib gəlməyə hazır olub-olmayacağımı bilmirəm. Amma cəhd edəcəyəm. Mən meydançada təntənəli vida istəmirəm. Mən vidalaşmaqdan qorxuram, dünyanın ən pis hissidir. Amma lütfən, bil ki, sənə sözlə ifadə edə bilməyəcəyim qədər təşəkkür edirəm. Məni çox şeyə, qələbələr və çoxlu kuboklara apardın. Tennis oynayan o qız üçün darıxacağam. Və sənin üçün darıxacağam”, - idmançı qeyd edib.
Qeyd edək ki, Serena Uilyams təklər üzrə 23 dəfə Böyük Dəbilqə yarışlarının qalibidir.