08 avqust 2022 22:48
713

Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarındakı rəqibləri bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının taliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yığma Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, Oyunlar 27 avqust - 5 sentyabrda təşkil olunacaq.