08 avqust 2022 20:35
722

Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədirlər - "Ferentsvaroş"un prezidenti

"Duel iki matçdan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq".

“İki sahil” xəbər verir ki,  bunu "Ferentsvaroş"un prezidenti Qabor Kubatov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Fuknsioner azarkeşlərin matçın ağırlığını hiss etdiklərini bildirib: "Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.