08 avqust 2022 22:11
685

Tarixi Zəfərə həsr olunan yarış

Lənkəranda 16 futbol komandasının mübarizə apardığı, Vətən müharibəsində qazandığımız Böyük Zəfərə həsr olunmuş  Dəmir Yumruq Kuboku üzrə yarışlar başa çatıb. Futbolsevərlərin maraqla izlədiyi turnirin final matçında “Bioloji Təbabət” və “Digah” komandaları üz-üzə gəliblər.  Yaşıl meydançanı  6-1 hesablı möhtəşəm  qələbə ilə  tərk edən “Bioloji Təbabət” komandası kuboku başı üzərinə  qaldırıb.

Çempionatın sonunda bir sıra rəsmi qonaqların da iştirakı etdiyi  mükafatlandırma  mərasimində   yarışın qalibi üçün ayrılmış 5000 manat mükafat  “Bioloji  Təbabət” komandasının  oyunçularına verilib. Yarışın ikincisi olan  “Digah” komandası 2500 manatı qazanıb. Üçüncü yerə çıxan  “Tankçılar” komandası isə  üçüncü yer üçün nəzərdə tutulmuş 1000 manata sahib olubdur.

 Bir daha bildirim ki, futbol azarkeşlərinə bol-bol qol sevincini yaşadan  Dəmir Yumruq Kuboku “Xan Lənkəran” PFK-nın, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Futbol Liqasının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin, “Maximum Education”-ın, Azərbaycan Minifutbol Federasiyasının dəstəyi, “Avto-Omski Lənkəran” şirkətinin sponsorluğu və “Mediamax”-ın media dəstəyi sayəsində baş tutubdur. “Xan Lənkəran” PFK həm də çempionatın baş sponsoru idi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü