07 avqust 2022 13:38
631

Tennisçimiz İslamiadaya qələbə ilə başlayıb

Azərbaycanın stolüstü tennisçisi Emin Məmmədov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.

“İki sahil” xəbər verir ki, idmançı kişilərin şəxsi yarışında ilk görüşünü Qazaxıstan idmançısı Akimali Bakdauletə qarşı keçirib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Məmmədov 1/16 finala yüksəlib.