07 avqust 2022 13:26
606

Qvardiola "Mançester Siti"də qalmaq istəyir

İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmaq istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis "The Mirror" nəşrinə açıqlama verib.

O, komandanı tərke etmək fikrində olmadığını bildirib: "Bu barədə çox danışmışam. Klub rəhbərliyi istəsə, qalmağa hazıram".

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.