07 avqust 2022 11:14
696

Azərbaycanın həndbol yığması bu gün ilk oyununu keçirəcək

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün ilk matçını keçirəcək.

“İki sahil” xəbər verir ki,  B qrupunda yer alan yığma Kamerun seçməsi ilə üz-üz gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu qrupda İran və Əfqanıstan kollektivləri də yer alıb.