07 avqust 2022 02:33
755

PSJ mövsümə qələbə ilə başlayıb

Fransa Birinci Liqasının ilk turunda "Pari Sen-Jermen" (PSJ) futbol komandası səfərdə "Klermon"la qarşılaşıb.

"İki sahil" xəbər verir ki, görüş qonaqların 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

PSJ elə görüşün əvvəlindəcə hesabda önə keçib - braziliyalı hücumçu Neymar 9-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 26-cı dəqiqəsində Əşrəf Hakiminin dəqiq zərbəsi ilə üstünlüyü gücləndirən qonaqlar 38-ci dəqiqədə Markinyosun səyi ilə ilk hissənin hesabını sarsıdıcı hesaba çatdırıblar - 3:0. İkinci hissədə görüşün sonlarına yaxın Lionel Messi iki dəfə fərqlənib: argentinalı oyunun 80 və 86-cı dəqiqələrində fərqlənərək yekun hesabı yaradıb - 5:0.

PSJ növbəti matçını avqustun 13-də evdə "Monpelye"yə qarşı keçirəcək.