Futbol üzrə Türkiyə Super Liqasında 2022/23-cü illər mövsümü start götürüb.
Açılış oyununda "İstanbulspor" son çempion "Trabzonspor"u qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyun günündə isə daha iki görüş keçirilib. "Kayseripsor"u qəbul edən "Beşiktaş" matçın sonuna yaxın qələbə qolunu vurmağa müvəffəq olub.
Tura avqustun 8-də yekun vurulacaq.
Türkiyə Super Liqası
I tur
6 avqust
Sivasspor - Qaziantep 1:1
Qollar: Qradel, 64-pen. - Maksim, 22.
Beşiktaş - Kayserispor 1:0
Qol: Qezzal, 90+6.
5 avqust
İstanbulspor - Trabzonspor - 0:2
Qollar: Kornelius, 16. Densuil, 86.
7 avqust
20:15. Fatihqaragümrük - Alanyaspor
20:15. Giresunspor- Adana Demirspor
22:45. Antalyaspor - Qalatasaray
8 avqust
20:15. Başakşehir - Kasımpaşa
22:45. Fənərbağça - Ürmaniyespor
22:45. Ankaragücü - Konyaspor
Fanat.Az