"Bild" nəşri "Bavariya"nın ən çox maaş alan futbolçularının siyahısını hazırlayıb.
“İki sahil” xəbər verir ki, ilk pillədə klubun yeni transferi Sadio Manedir. 30 yaşlı seneqallı hücumçunun maaşı illik 22 milyon avrodur. Qapıçı Manuel Noyer 2-ci (21 milyon avroya qədər), forvard Tomas Müller 3-cüdür (20,5 milyon avro). Yarımmüdafiəçilərdən Leroy Sane və Kinqsli Koman 4-cü yerdədirlər - 20 milyon avro. Digər yarımmüdafiəçi Yosua Kimmix 19,5 milyon avro məvaciblə 6-cı pillədə qərarlaşır. Serj Qnabri isə 7-cidir (19 milyon avro).
Bu yay "Yuventus"dan transfer olunan müdafiəçi Matteys de Liqt isə illik 16 milyon avro qazanır.