05 avqust 2022 11:40
741

Cüneyt Çakır karyerasını bitirdi

Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

"Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik” - deyə Böyükekşi bildirib.

Qeyd edək ki, 46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalmışdı.