04 avqust 2022 13:40
729

Braziliya klubu Ronaldoya elçi düşüb

Braziliyanın “Korintians” futbol klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu transfer etmək istəyir.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə klubun prezidenti Duilio Monteyro çıxış edib.

“Bəli, mən onu bizimlə görmək istərdim. “Korintians” üçün əlimdən gələn hər şeyin yaxşısını etməyə çalışıram. Bilmirəm, bu bizdə alınacaqmı? Biz gözdə-qulaqdayıq. Birdən o, Braziliyada oynamaq istəyə bilər”, - deyə “Korintians”ın prezidenti vurğulayıb.