04 avqust 2022 11:51
768

Renat İsveçrədə ən yaxşı seçildi

İsveçrə çempionatında 3-cü turun ən yaxşı futbolçusu açıqlanıb. 

“İki sahil” xəbər verir ki, bu, Azərbaycan millisinin “Qrasshopper”də çıxış edən üzvü Renat Dadaşov olub. Forvard 3-cü turda "Yanq Boyz"la görüşdə (1:1) komandasının yeganə qolunu vurub. 

Qeyd edək ki, Renat “Qrasshopper”lə iyulun 9-u 2+1 illik müqavilə imzalayıb.