03 avqust 2022 20:02
715

Nazir və Rafael Fiziev Qurban Qurbanovla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın UFC-dəki təmsilçisi Rafael Fiziev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

“İki sahil” xəbər verir ki,  onlar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubunun “Ferençvaroş”a qarşı keçirəcəyi matçdan öncə baş məşqçiyə uğurlar arzu edib.

Fiziev həmçinin azarkeşlərə də səslənib. O, stadionda “Qarabağ”a uğurlar, Qarabağ Azərbaycandır” sözləri ilə dəstəyini ifadə edib.