03 avqust 2022 19:35
1108

"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la oyunu buraxacaq

"Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ilk oyununu buraxacaq.

“İki sahil” xəbər verir ki,  klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin  verdiyi məlumata görə, 33 yaşlı futbolçu zədə səbəbindən bugünkü matçda iştirak edə bilməyəcək.

Belində ağrıları olan təcrübəli müdafiəçinin adı son anda iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:00-da başlayacaq.