03 avqust 2022 18:49
758

"Barselona"dan "Selta"ya

"Barselona"nın futbolçusu Oskar Minqesanın “Selta”ya keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Minqesa “Barselona”nın yetirməsidir. O, La Liqada 46 matça çıxıb.