03 avqust 2022 21:46
740

"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" kapitanı Əli Səmədovla müqaviləni yeniləyib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yetirməsi olan yarımmüdafiəçinin yeni sözlməşməsi 1 illikdir.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla sözləşməni uzadıb.