03 avqust 2022 11:00
700

"Beşiktaş" "Qalatasaray"dan Sofyan Fequlini istəyir

Türkiyənin "Beşiktaş" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. 

"İki sahil" "Fotomaç"a istinadən xəbər verir ki, "ağ-qaralar" "Qalatasaray"ın 32 yaşlı vingeri Sofyan Fequlini sıralarına qatmaq niyyətindədir. 

Futbolçu və onun agenti ilə danışıqlar gedir. "Beşiktaş" yaxın günlərdə "Qalatasaray"a rəsmi təklf göndərməyi planlaşdırır.