03 avqust 2022 08:36
705

Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.

"İki sahil" xəbər verir ki, görüş avqustun 5-də "Dəniz Mall"da təşkil ediləcək. Tədbirdə idmançının imza sessiyası baş tutacaq.

Qeyd edək ki, "Ataman" ləqəbi ilə məşhur olan R.Fiziyev UFC-də (Mütləq Döyüş Çempionatı) keçirdiyi son 6 döyüşündə rəqiblərinə qalib gəlib. 29 yaşlı idmançı ötən ayın 9-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.

Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.