"Qalatasaray" Niderlandın "AZ Alkmaar" klubundan Fredrik Midtşyönün transferini yekunlaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fredrik 2017-ci ildən "AZ Alkmaar"da oynayırdı. o, bu müddət əzində 195 matçda 7 qol vurub və 31 qolun ötürməsini verib.