02 avqust 2022 12:03
721

"Ferentsvaroş" Bakıya yola düşdü

"Ferentsvaroş" (Macarıstan) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıdakı ilk matç üçün Azərbaycana yola düşüb. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Macarıstan təmsilçisi Bakıya çatdıqdan sonra bu gün  saat 19:15-də komandanın baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək. 20:00-da isə "Ferentsvaroş" görüşdən əvvəl son məşqinə çıxacaq. 

Qeyd edək ki, sözügedən matç sabah saat 20:00-da başlayacaq.