01 avqust 2022 13:54
923

Renat Dadaşov "Yanq Boyz"a vurduğu qoldan yazdı

İsveçrəin “Qrasshopper” klubunda çıxış edən millimizin hücumçusu Renat Dadaşov “Yanq Boyz”la çempionat matçından sonra İnstaqramda paylaşım edib.

“İki sahil” xəbər verir ki, 1:1 hesabıyla başa çatan matçda komandasını məğlubiyyətdən xilas edən qolu vuran forvard qeyd edib:

“Qrasshopper”də ilk qolumu vurmaq necə gözəl hisdir.  Möhtəşəm komanda ruhu göstərdik və layiqli xal qazandıq. Qarşıdakı böyük oyunlara köklənirik”.