01 avqust 2022 13:36
760

"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün ucuz biletlərin hamısı satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.

“İki sahil” xəbər verir ki,  iyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.

Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.