"Xan Lənkəran" Region Liqasında çıxış etməkdən imtina edib.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cənub təmsilçisi bir neçə dəfə AFFA-ya 1-ci divizionda iştirakla bağlı, yazılı və şifahi müraciətlər ünvanlasa da, müsbət nəticə verilməyib. Buna görə də Region Liqasından imtina edilib.
"Xan Lənkəran"ın yalnız aşağı yaş (U-10,12,13,14,17) qrupunda olan komandaları bu mövsüm liqalarda çıxış edəcək.