“Real”ın baş məşqçisi Karlo Ançelotti Luka Modriç, Toni Kroos və Kazemiro haqqında yüksək fikirlər səsləndirib.
"İki sahil"in məlumatına görə, o, “Yuventus” ilə yoldaşlıq oyunundan sonra (2:0) deyib: “Bu klassik musiqi ilə rok-n-rollun vəhdətidir, mənim çox xoşuma gəlir. Kazemiro, Kroos və Modriçi Bermud üçbucağı adlandırıram, çünki top orada yox olur. Bu heyətlə qələbə aclığını saxlamaq o qədər də çətin deyil. Kazemiro, Kroos, Benzema və ya Modriç olanda qazanmaq istəyi zəifləmir, bu, sadəcə mümkün deyil”.