Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda Kiprin Yüksək Liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş “Nea Salamina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsnəlizadə vurub.
Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.