Almaniya Superkuboku uğunda keçirilən oyunda "Bavariya" futbol klubu "Leypsiq" komandasını 5:3 hesabı ilə məğlub edib.
“İki sahil” xəbər verir ki, oyun Leypsiq şəhərində keçirilib.
Məlumata əsasən, qaliblər sırasında qolları Camal Musiala (14-cü dəqiqə), Sadio Mane (31), Benjamin Pavard (45), Serj Qnabri (66) və Leroy Sane (90+8) vurublar.
"Leypsiq"in heyətində Marsel Halstenberq (60), Kristofer Nkunku (77, penaltidən) və Dani Olmo (89) fərqləniblər.