İngiltərə Superkuboku (Community Shield) uğrunda oyun keçirilib.
Mövsümün ilk qarşılaşmasında "Liverpul" və "Mançester Siti" klubları üz-üzə gəlib.
Neytral meydanda - Lesterdəki "King Power" stadionunda baş tutan prinsipial görüşdən "Liverpul" qalib ayrılıb - 3:1.
Qeyd edək ki, "şəhərlilər" ötən mövsüm İngiltərə çempionu, "mersisaydlılar" isə ölkə kubokunun sahibi olub.
İngiltərə Superkuboku
Liverpul - Mançester Siti 3:1
Qollar: Aleksandr-Arnold, 21, Salah, 83-pen. Nunyes, 90+4 - Alvares, 70
Fanat.Az