30 iyul 2022 01:56
1054

Mahir Emreli qol vurdu

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “İstra 1961” klubu ilə üz-üzə gəlib. 

Paytaxt klubu matçda 4:1 hesablı qələbə qazanıb. 81-ci dəqiqədə meydana çıxan Mahir Emreli qarşılaşmada fərqlənməyi bacarıb. O, 88-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.