29 iyul 2022 18:27
744

Taekvondoçumuz dünya çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki,  14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.