29 iyul 2022 18:40
789

Bakıda Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan Ciu-Citsu Federasiyasından verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək.

Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.