29 iyul 2022 17:47
773

"Sevilya"dan "Feyenoord"a

“Feyenoord” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, Erediviziya təmsilçisi “Sevilya”dan Usama İdrissini transfer edib.

Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında “Feyenoord”da keçirəcək.

Qeyd edək ki, mərakeşli futbolçu 2020-ci ilin oktyabrında 12 milyon avro qarşılığında “Alkmaar”dan “Sevilya”ya keçib. O, daha sonra “Kadis” və “Ayaks”a icarəyə verilib.