29 iyul 2022 23:22
738

Medinanın son durumu bilindi

“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, Medina Çempionlar Liqasınının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (ÇL, və ya Avroliqada) buraxacaq.

Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.

Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.